CIRTDAN

 


ein Bild

 

Cırtdan
Biri vardı, biri yoğdu, bir ğarı vardı. Bu ğaranın bir balaca nevesi vardı. Neve o ğeder balaca idi ki, ona Cırtdan deyerdiler.
Bir gün Cırtdan gördü ki, ğonşu uşağları meşeye oduna gedirler, gelib nenesine dedi: -Ay nene, uşağlarla oduna men de gedeceyem. Ğarı uşağları çağırıb heresine bir parça yağ yağmacı verdi. Cırtdanı da onlara tapşırdı. Yolda Cırtdan özünü yere vurub getmedi, yoldaşları dediler:
-Ay Cırtdan, niye gelmirsen?
Cırtdan dedi:
-Nenem meni size tapşırıb, meni dalınıza alıb aparın.
Yoldaşları onu növbe ile dallarına alıb, meşeye getirdiler.
Uşağlar başladılar odun yığmağa. Gördüler ki, Cırtdan yığmır. Dediler:
-Ay Cırtdan, sen niye odun yığmırsan?
Cırtdan cavab verdi:
-Nenem meni size tapşırıb, mene de yığın.
Uşağlar ona da odun yığdılar. Sonra her kes öz odununu şele bağlayıb dalına aldı. Gördüler Cırtdan oturub bağır. Ona dediler:
-Ay Cırtdan, sen niye odununu götürmürsen?
Cırtdan cavab verdi:
-Nenem meni size tapşırıb, menim odunumu da götürün.
Uşağlar elacsız ğalıb, onun da odununu dallarına götürdüler. Bir az yol gedenden sonra gördüler ki, Cırtdan geride ğalıb ağlayır.
Dediler:
-Ay Cırtdan, niye ağlayırsan?
Cırtdan cavab verdi:
-Yorulmuşam. Nenem size yağ yağmacı verdi....
yoldaşları onun sözünü ağzında ğoydular.
Onlardan biri Cırtdana acığlandı:
-Pis öyrenersen. Daha seni dalımıza götüren deyilik!
Cırtdan elacsız ğalıb yoldaşlarının dalınca getmeye başladı. Onlar bir ğeyli getdikden sonra ağşam oldu. Ğaranlığ ğovuşdu, yolu azdılar. Meşeden çığanda gördüler ki, bir terefden işığ gelir, o biri terefde it hürür. Biri dedi: işığ gelen terefe gedek, o biri dedi: it hüren terefe. Bilmediler ha terefe getsinler. Ağırda Cırtdandan soruşdular:
-Ay Cırtdan, it hüren terefe gedek, yoğsa işığ gelen terefe?
Cırtdan cavab verdi:
-İt hüren terefe getsek, it bizi ğapar. İşığ gelen terefe gedek, belke yolu tapa bildik. Uşağlar işığ gelen terefe gedib bir divin evine çığdılar. Div onları görende sevinib öz-özüne dedi: "Yağşı oldu. Gece onları bir-bir yeyerem." uşağlara bir az çörek yedirdib yatırdı. Geceden bir az keçenden sonra div uşağların birini yemek istedi. Uşağların yatıb-yatmadığını bilmek üçün dedi:
-Kim yatıb, kim oyağ?
Bu sözü eşidende Cırtdan tez başını ğaldırıb dillendi:
-Hamı yatıb, Cırtdan oyağ.
Div soruşdu:
-Cırtdan, niye yatmırsan?
Cırtdan dedi:
-Nenem mene her gece ğayğanağ bişirerdi, yedirib yatırardı.
Div ğalğdı, tez ğayğanağ bişirib Cırtdana yedirtdi ki, belke yatsın.
Bir ğeder keçenden sonra div yene soruşdu:
-Kim yatıb, kim oyağ?
Yene Cırtdan başını ğaldırıb dedi:
-Hamı yatıb, Cırtdan oyağ.
Div soruşdu:
-Cırtdan, indi niye yatmırsan?
-Her gece nenem mene çaydan ğelbirle su getirerdi.
Div ayağa ğalğdı, bir ğelbir götürüb çaydan su getirmeye getdi. Cırtdan da tez yoldaşlarını oyadıb dedi:
-Bu div bizi yemek isteyir. Ğalğın, ğaçağ. Uşağlar tez ğalğdılar, ğaçıb çaydan keçdiler. Bu terefden div ne ğeder ğelbiri suya salıb ğaldırsa, gördü ki, ğelbirde su ğalmır. Ağırda tenge gelib ğayıtmağ isteyende, bir de gördü ki, uşağlar çayın o terefinden gedirler. İstedi sudan keçib uşağların dallarınca düşsün, amma keçe bilmedi. Ağırda onları sesledi:
-Ay uşağlar, sudan ne teher keçdiniz?
Cırtdan tez cavab verdi:
-Get bir dene deyirman daşı tap, boynuna keçirt, özünü suya at, onda keçersen.
Div Cırtdanın sözüne inandı, gedib bir deyirman daşı tapı boynuna keçirtdi, özünü suya atdı, suda boğulub öldü...

ÇILDIR FM
 
Reklam
 
HAVA DURUMU
 

HABER 24
 
 
Ziyaretçi Sayısı: 30096 ziyaretçi
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=